Dünya

Suriya Türkiyəni artilleriya atəşinə tutdu – 6 nəfər şəhid oldu, 70 nəfər yaralandı (YENİLƏNİB-2)

Suriya Türkiyəni artilleriya atəşinə tutdu – 6 nəfər şəhid oldu, 70 nəfər yaralandı (YENİLƏNİB-2)

Suriya tərəfindən terrorçuların Türkiyənin Mardin və Şanlıurfa əyalətlərinə endirdiyi raket və top mərmisinin partalaması nəticəsində şəhid olan dinc sakinlərin sayı 6-ya çatıb.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, atışlar nəticəsində Mardində 24, Şanlıurfada isə 46 nəfər yaralanıb.

***17:35

Suriyanın Tel Abyad rayonundan Türkiyənin Şanlıurfa əyalətinin Akçakale rayonuna atılan raket və top mərmisinin partlaması nəticəsində biri on aylıq körpə olmaqla 3 nəfər şəhid olub.

“Report” “Sabah”a istinadən xəbər verir ki, bunu Akçakele rayon icra nümayəndəsi bildirib.

*** 15:43

Türkiyənin Şanlıurfa əyalətinin Akçakale rayonuna Suriyanın terrorçu PKK/YPG-PYD qruplaşmasının işğalı altında olan ərazisindən 4 top mərmisi atılıb.

“Report” “CNNTürk”ə istinadən xəbər verir ki, hadisə nəticəsində 17 nəfər yaralanıb.

Terrorçuların atdığı mərmilər rayon mərkəzinə düşüb. Yaralanlar xəstəxanaya yerləşdirilib.

D
demokrat.az