İdman

Çempionlar Liqası: "Qarabağ" çətin sınaq qarşısında

Çempionlar Liqası: Qarabağ çətin sınaq qarşısında

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin oyunlarına start veriləcək.

Demokrat.az xəbər verir ki, tarixində üçüncü dəfə bu mərhələyə yüksələn Azərbaycan çempionu "Qarabağ" Zaqrebdə "Dinamo"nun qonağı olacaq.

Bakı vaxtı ilə 23.00-da start götürəcək görüşü İsveçdən olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, tərəflər arasındakı cavab matçı avqustun 28-də Bakıda keçiriləcək.

Çempionlar Liqası Pley-off İlk oyun

20 avqust 23.00 Dinamo (Zaqreb, Xorvatiya) - Qarabağ (Azərbaycan) Hakimlər:Qlenn Nyuberq, Mahbod Beiqi, Andreas Söderkvist, Adam Ladebak (İsveç). VAR:Bastian Danker (Almaniya). AVAR:Yohan Pfeyfer (Almaniya). Zaqreb, "Maksimir".

NE
Nihadə Eyyubova