İdman

Braziliya futbolçusu oyun zamanı huşunu itirib

Braziliya futbolçusu oyun zamanı huşunu itirib

Braziliyanın "San Paulo" futbol klubunun müdafiəçisi Patrik Braziliya çempionatında "Palmeyras"la oyunda huşunu itirib.

Demokrat.az"Report"a istinadən xəbər verir ki, hadisə ilk hissənin əvvəlində baş verib.

21 yaşlı Patrik "Palmeyras"ın oyunçusu ilə toqquşub, qazona yıxılıb və huşunu itirib.

Futbolçu xəstəxanaya çatdırılıb, həkimlər ona lazımi köməklik göstəriblər.

Qeyd edək ki, görüş 2:1 hesabı ilə "Palmeyras"ın xeyrinə başa çatıb.

NE
Nihadə Eyyubova