ATXƏM İB-nin sədri İlham İsmayılovun təşkilatçılığı ilə tanınmış futbol məşqçisi Namiq Ağadədə oğlu Bəşirovun rəhbərliyi altında futbol məşqçiləri Namil Cəfərovun, Elnur Əliyevin, Zamiq Gözəlovun dəstəyi ilə Şirvan Olimpiya Kompleksində və Salyan rayonunun Qaraçala qəsəbə stadionunda Şirvan şəhərinin və Qaraçala qəsəbəsinin azyaşlılardan, yeniyetmələrdən ibarət 3 yaş qrupunda futbol komandaları arasında təlim məşqləri və yoldaşlıq görüşləri keçirilib.
Yarışların keçirilməsində əsas məqsəd yetişməkdə olan gələcək nəslin fiziki sağlamlığı, cəmiyyətimizdə mövcud olan neqativ vərdişlərdən kənar olmaqları, Vətənimiz, millətimiz üçün layiqli övlad kimi formalaşmaları, sağlam bədənlərdə, sağlam ruhun olmasıdır.
Qeyd etmək lazımdır ki, özünün futbol ənənələri olan "Qaraçala" futbol komandası 2014 cü ildə Regional Futbol Liqasının Azərbaycan çempionu olmuşdur və Azərbaycanı Pribaltikada, İtaliyada təmsil etmişdir. Məlum səbəblərdən arada yaranan fasilədən sonra yeniyetmələr yenidən təlim məşqlərinə başlamışlar və yoldaşlıq görüşləri, yarışlar keçirərək ənənəni davam etdirirlər.






ATXƏM İB-nin Mətbuat Xidməti


