İdman

Premyer Liqada III tura start verilir

Premyer Liqada III tura start verilir

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start veriləcək.

Demokrat.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

"Kəpəz" "Turan Tovuz"la üz-üzə gələcək. Tovuz şəhər stadionundakı matç saat 18:15-də start götürəcək. Hazırda xalsız olan Gəncə təmsilçisi sonuncu - 10-cu pillədə qərarlaşıb. Tovuz klubu dörd xalla üçüncü sırada yer alıb.

İkinci görüşdə "Sumqayıt" "Səbail"i qəbul edəcək. Oyun saat 20:30-da başlayacaq. "Gənclik şəhəri" təmsilçisi üç xalla 4-5-ci, "dənizçilər" isə bir xalla 7-9-cu yerləri bölüşdürür.

Azərbaycan Premyer Liqası, III tur

18:15. “Kəpəz” – “Turan Tovuz” Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Zöhrab Abbasov, Rauf Allahverdiyev VAR: Rauf Cabarov AVAR: Vüsal Məmmədov Hakim-inspektor: Feyzulla Feyzullayev AFFA nümayəndəsi: Azər Əsgərov Tovuz şəhər stadionu

20:30. “Sumqayıt” – “Səbail” Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev VAR: Fərid Hacıyev AVAR: Rəhman İmami Hakim-inspektor: Zöhrab Qədiyev AFFA nümayəndəsi: Zümrüd Ağayeva M. Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Qeyd edək ki, III turun "Şamaxı" - "Qarabağ" və "Zirə" - "Araz-Naxçıvan" qarşılaşmaları təxirə salınıb. Tura avqustun 18-də "Neftçi" - "Sabah" matçı ilə yekun vurulacaq.

NE
Nihadə Eyyubova