"Sabah" bu gün Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxacaq.
Demokrat.az xəbər verir ki, Azərbaycan təmsilçisi evdə İrlandiya "Sent Patriks Atletik"i ilə qarşılaşacaq.
"Bank Respublika Arena"da keçiriləcək görüş saat 20.00-da başlayacaq. Bu komandalar arasında ilk matç İrlandiya klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Sabah" (Azərbaycan) - "Sent-Patriks Atletik" (İrlandiya) cütünün qalibi isə "Saburtalo" (Gürcüstan) - "Başakşəhər" (Türkiyə) cütünün qalibi ilə üz-üzə gələcək.
Konfrans Liqası III təsnifat mərhələsi Cavab oyunu
15 avqust 20.30 Sabah (Azərbaycan) - Sent Patriks Atletik (İrlandiya) Baş hakim:Marsel Birsan (Rumıniya). Masazır, "Bank Respublika Arena". İlk oyun - 0:1.


