İdman

“Real”da ciddi itki

“Real”da ciddi itki

"Real" bu gün "Atalanta" ilə keçiriləcək UEFA Super Kuboku matçına ciddi itki ilə çıxacaq.

Demokrat.azBizim.Media-ya istinadən xəbər verir ki, Madrid təmsilçisinin yarımmüdafiçisi Eduardo Kamavinqa sıradan çıxıb. Fransalı futbolçu oyundan öncə baş tutan məşqdə topuğundan zədələnib. 21 yaşlı dayaq yarımmüdafiəçisi matçda iştirak etməyəcək. Kamavinqanın 6-7 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Qeyd edək ki, "Real" - "Atalanta" qarşılaşması bu gün Bakı vaxtilə saat 23:00-da Polşanın paytaxtı Varşava şəhərində baş tutacaq.

NE
Nihadə Eyyubova