UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bolqarıstanda üz-üzə gələn “Ludoqorets” və “Qarabağ” komandaları arasında oyun başa çatıb.
Demokrat.az xəbər verir ki, görüş Ağdam təmsilçisinin 7:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandamızın heyətində qolları Olavio Juninyo, Yassin Benzia (2 qol), Toral Bayramov, Redon Cica və Patrik Andrade (2 qol) vurublar.
Bununla da təmsilçimiz adını UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yazdırıb.
Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində Xorvatiyanın “Dinamo”(Zaqreb) komandası ilə üz-üzə gələcək.
*** 23:52
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Ludoqorets" (Bolqarıstan) - "Qarabağ" matçında ikinci hissə başlayıb.
Demokrat.az xəbər verir ki, "Ludoqorets Arena"dakı oyunda təmsilçimiz hesabda öndədir - 3:2.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbəyə seviniblər.
xxxUEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Ludoqorets" (Bolqarıstan) - "Qarabağ" matçında ikinci qol vurulub.
"Ludoqorets Arena"dakı oyunda meydan sahibləri hesabı bərabərləşdirib - 1:1.
13-cü dəqiqədə Dua Kvadvo dəqiq zərbə müəllifi olub.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbəyə seviniblər.


