Bu gün Azərbaycan çempionatının I Liqasında 2024/25 mövsümünün püşkü atılıb.
Demokrat.az xəbər verir ki, AFFA-nın inzibati binasında keçirilən tədbirdə ilk turun cütləri dəqiqləşib.
Yeni mövsümdə 10 komanda üç dövrədə mübarizə aparacaq. Çempionata sentyabrın 11-də start veriləcək.
I tur “Difai Ağsu” – “Cəbrayıl” “İmişli” – “Baku Sportinq” MOİK – “Mingəçevir” “Karvan” - “Qaradağ Lökbatan” “Qəbələ” – “Zaqatala”


