Londonun "Çelsi" klubunun rəhbərliyi yay transfer pəncərəsinin sonuna kimi bəzi futbolçuları sataraq 200 milyon funt-sterlinq qazanmağı planlaşdırır.
Demokrat.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Mənbənin məlumatına görə, klub 9 futbolçu ilə ayrılmağı gözləyir. Yola salınması gözlənilən futbolçular arasında Konor Qallager, Romen Lukaku, Trevo Çaloba, Armando Broya və başqaları var.
"Çelsi" rəhbərliyi 2024/25 mövsümünün sonunda klubun planı yerinə yetirə və maliyyə feyr-pley qaydalarına əməl edə biləcəyinə şübhə etmir.
İngiltərə Premyer Liqasının başa çatan mövsümündə "Çelsi" ilk üçlüyə düşə bilməyib. London komandası İngiltərə çempionatının turnir cədvəlində 63 xal toplayaraq 6-cı yerdə qərarlaşıb.
"Mançester Siti" ardıcıl dördüncü dəfə bu titul qazanaraq Premyer Liqanın çempionu olub. Pep Qvardiolanın komandası 91 xal toplayıb. İkinci yerdə Londonun "Arsenal" klubu (89) qərarlaşıb, ilk üçlüyü isə mövsüm başa çatdıqdan sonra baş məşqçi Yurgen Kloppun tərk etdiyi "Liverpul" (82) tamamlayır.
Jalə Demokrat.az


