İdman Özəl

"Qalatasaray" və "Beşiktaş" ulduz futbolçu uğrunda savaşır

Qalatasaray və Beşiktaş ulduz futbolçu uğrunda savaşır

Türkiyənin iki böyük klubu eyni futbolçunu transfer etmək istəyir.

Demokrat.az xəbər verir ki, "Qalatasaray" və "Beşiktaş" Lukas Digneni heyətinə qatmağa çalışır.

"Qalatasaray" uzun müddətdir ki, "Aston Villa"nın oyunçusu ilə bağlı danışıqlar aparır. Bu günlərdə isə "Beşiktaş" da mübarizəyə qoşulub.

31 yaşlı sol cinah müdafiəçisinin hansı klubun xeyirinə qərar verəcəyi bilinmir. "Qalatasaray"ın Çempionlar Liqasında oynaması onun üçün üstünlük ola bilər.

Qeyd edək ki, "Aston Villa" Lukas Digneni 2018-ci ildə "Barselona"dan 30 milyon avroya alıb. Əvvəllər "Lill", PSJ, "Roma" və "Everton"da da çıxış etmiş müdafiəçi 2014-2022-ci illərdə Fransa millisində 46 oyun keçirib.

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova