İdman

Çempionlar Liqası: "Qarabağ" üçüncü təsnifat mərhələsində ilk oyununu keçirib (VİDEO)

Çempionlar Liqası: Qarabağ üçüncü təsnifat mərhələsində ilk oyununu keçirib (VİDEO)

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bakıda üz-üzə gələn "Qarabağ" və Bolqarıstanın "Ludaqorets" komandaları arasında oyun başa çatıb.

Görüş rəqibin 1:2 hesablı qələbəsi ilə yekunlaşıb.

"Ludaqorets"in heyətində Duarte və Vidal, "Qarabağ"da isə Olavio Juninyo fərqləniblər.

Komandalar arasında cavab qarşılaşması avqustun 13-də Bolqarıstanda olacaq.

xxx

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Qarabağ" - "Ludoqorets" (Bolqarıstan) matçında hesab bərabərləşib.

Demokrat.azxəbər verir ki, 65-ci dəqiqədə Olaviyo Juninyo hesabı bərabərləşdirir.

NE
Nihadə Eyyubova