İdman Özəl

Olimpiya çempionu Duplantisdən Yusuf Dikeç pozası: “Bunun havalı görünəcəyini düşündüm”

Olimpiya çempionu Duplantisdən Yusuf Dikeç pozası: “Bunun havalı görünəcəyini düşündüm”

Pari 2024 Olimpiya Oyunlarında kişilər arasında dayaqla tullanma üzrə keçirilən final yarışlarında isveçli atlet Duplantis çempionluğunu türkiyəli iştirakçı Yusuf Dikeç pozu verərək qeyd edib. Demokrat.az xəbər verir ki, Duplantis 6.10 göstərici ilə olimpiya rekordunu yeniləyib və növbəti gün 6.25 atlayaraq öz dünya rekordunu təkmilləşdirib.

Qarşılaşmadan sonra açıqlama verən Duplantis bu poza tövsiyəsini dirəklə tullanma ustası Kurtis Marşallın verdiyini deyib:

“Dirəklə tullanma ustası Kurtis Marşal məndən bu pozanı verməyi xahiş etdi və mən bunun son dərəcə havalı göründüyünü düşündüm. Əyləncəli bir şey etmək istədim".

Əfsanə Rəcəb Demokrat.az

NE
Nihadə Eyyubova