İdman Özəl

Karini rəqibi İmane Xelifədən üzr istədi

Karini rəqibi İmane Xelifədən üzr istədi

Paris 2024 Olimpiya Oyunlarında cinsi ilə bağlı müzakirələrin hədəfinə çevrilən əlcəzairli boksçu İmane Xelifə qarşı rinqdən çəkilən boksçu Angela Karini İtaliyanın ən çox tirajlı idman qəzetlərindən biri olan “La Gazzetta dello Sport”a açıqlama verib.

Demokrat.az xəbər verir ki, italyan boksçu Karini rəqibi İmane Xelifə görə kədərləndiyini bildirib və üzr istəyib.

Karini açıqlamasında, "Beynəlxalq Olimpiya Komitəsi döyüşə biləcəyini söyləyibsə, bu qərara hörmətlə yanaşıram. Mən onu incitmək niyyətində deyildim və həm ondan, hər də digər kəsdən üzr istəmək istəyirəm" ifadələrində istifadə edib.

O, "Olimpiya məqsədim yox olduğu üçün qəzəbli idim. Xəlifə qarşı heç bir şeyim yoxdur, əslində onunla bir daha qarşılaşsam, onu qucaqlayardım” deyib.

Əfsanə Rəcəb Demokrat.az

NE
Nihadə Eyyubova