İsveçrəli triatlonçular Adrien Briffaud və Simon Vestermann bağırsaq infeksiyası səbəbindən Paris-2024 Yay Olimpiya Oyunlarının qarışıq estafet yarışında iştirak edə bilməyəcəklər.
Demokrat.az xəbər verir ki, bu barədə İsveçrə Olimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Əvvəlcə Oyunlarda fərdi startda 49-cu yeri tutan Briffo yarışda iştirak etməli olsa da, səhhətində yaranan problemlərə görə sonradan Vestermannla əvəzlənib. Lakin bundan sonra Vestermanna da bağırsaq infeksiyası diaqnozu qoyulub. Bu səbəbdən o start xəttinə çıxmayıb.
Daha öncə isə belçikalı qadın triatlonçu Kler Mişel eyni diaqnozla hospitala yerləşdirilib.
Qeyd edək ki, Sena çayında suyun keyfiyyəti aşağı olduğundan ötən gün məşq də təxirə salınıb.


