İdman

ÇL: “Qarabağ”ın pley-offdakı potensial rəqibi bu komandalardan biri olacaq

ÇL: “Qarabağ”ın pley-offdakı potensial rəqibi bu komandalardan biri olacaq

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

Demokrat.az xəbər verir ki, mərasimdə Azərbaycan çempionu “Qarabağ”ın da potensial rəqibi bilinəcək.

Püşkatma Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.

“Qarabağ” – “Ludoqorets” (Bolqarıstan) cütü Çempionlar yolunun səpələnməmişlər səbətində yer alacaq.

Çempionlar yolu

Səpələnmişlər

“Dinamo” (Zaqreb, Xorvatiya) “Srvena Zvezda” (Serbiya) “Malmö” (İsveç) – PAOK (Yunanıstan) “Midtullan” (Danimarka) – “Ferentsvaroş” (Macarıstan) “Yanq Boyz” (İsveçrə)

Səpələnməmişlər

“Qarabağ” – “Ludoqorets” (Bolqarıstan) “Qalatasaray” (Türkiyə) “Slovan” (Slovakiya) – APOEL (Kipr) “Yagellonya” (Polşa) – “Budyo Qlimt” (Norveç) “Sparta” (Çexiya) – “Styaua” (Rumıniya)

Liqa yolu

Səpələnmişlər

“Dinamo” (Kiyev, Ukrayna) – “Reyncers” (Şotlandiya) “Slaviya” (Çexiya) – “Yunion” (Belçika)

Səpələnməmişlər

“Lill” (Fransa) – “Fənərbağça” (Türkiyə) “Zaltsburq” (Avstriya) – “Tvente” (Niderland)

Qeyd edək ki, pley-off matçları 20-21 və 27-28 avqust tarixlərində keçiriləcək.

NE
Nihadə Eyyubova