İdman

Azərbaycan Premyer Liqası: Bu gün daha 2 oyun baş tutacaq

Azərbaycan Premyer Liqası: Bu gün daha 2 oyun baş tutacaq

Azərbaycan Premyer Liqasının I turunda bu gün daha iki oyun baş tutacaq.

Demokrat.az xəbər verir ki, əvvəlcə "Sabah" doğma meydanda "Şamaxı"nı qəbul edəcək.

"Bank Respublika Arena"da baş tutacaq görüşə 17:30-da start veriləcək.

I turun son görüşü Zirə İdman Kompleksinin stadionunda keçiriləcək. "Səbail" səfərdə "Zirə"nin qonağı olacaq. Bu qarşılaşma 20:00-da başlayacaq.

Azərbaycan Premyer Liqası

I tur

4 avqust 17:30. "Sabah" - "Şamaxı" Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev. VAR: Tural Qurbanov. AVAR: Elşad Abdullayev. Hakim-inspektor: Vüsal Əliyev. AFFA nümayəndəsi: Seymur Səlimli. Masazır, "Bank Respublika Arena".

20:00. "Zirə" - "Səbail" Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev. VAR: Nicat İsmayıllı. AVAR: Vüsal Məmmədov. Hakim-inspektor: Asim Xudiyev. AFFA nümayəndəsi: Eldəniz Musayev. Zirə İdman Kompleksinin stadionu.

Qeyd edək ki, mövsümün açılış matçında "Qarabağ" səfərdə "Araz Naxçıvan"a 4:1 hesabı ilə qalib gəlib. Ötən gün baş tutan "Neftçi" - "Turan Tovuz" matçında qol vurulmayıb. "Sumqayıt" isə "Kəpəz"i 2:0 hesabı ilə məğlub edib.

D
demokrat.az