İdman

“Üç gündür sevincimdən yata bilmirəm” — Olimpiya çempionumuz

“Üç gündür sevincimdən yata bilmirəm” — Olimpiya çempionumuz

“Çox yaxşı hiss edirəm və eyforiyadayam”.

Demokrat.azxəbər verir ki, bu sözləri Paris-2024 Yay Olimpiya Oyunlarının qızıl medalı qazanan Azərbaycan cüdoçusu Zelim Kotsoyev Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

O, ölkəmizə qızıl medalla qayıtdığı üçün sevincli olduğunu bildirib: “Hətta 3 gündür sevincimdən yata bilmirəm. Azərbaycana qızıl medalla qayıtdığım üçün çox şadam. Mənim üçün dua edən, nigaran qalan, dəstəkləyənlərin ümidlərini doğrultduğum üçün də xoşbəxtəm”.

D
demokrat.az