Serbiyanın “Krusik” müdafiə zavodundakı sexlərdən birində güclü partlayış baş verib.
Demokrat.az xəbər verir ki, bu baərədə TASS məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində 7 nəfər yaralanıb.
“Valyevo şəhər polis idarəsindən bildirilib ki, partlayış zamanı sexdə 20 işçi olub, onlardan yeddisi müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, “Krusik” Serbiyanın ən böyük müdafiə sənayesi müəssisələrindən biridir və dövlətə məxsusdur.
Mehriban Mirzəzadə Demokrat.az


