İdman

Boksçumuz yarımfinala yüksəldi

Boksçumuz yarımfinala yüksəldi

Azərbaycan boksçusu Alfonso Dominqes Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında 1/4 final görüşünə çıxıb.

92 kq çəki dərəcəsində çıxış edən idmançı qazaxıstanlı Aybek Oralbayla üz-üzə gəlib.

Rəqibinə qalib gələn idmançımız yarımfinala vəsiqə qazanıb.

Ardıcıl ikinci qələbəsini qazanan Alfonso yarımfinala vəsiqə ilə ən azı bürünc medalı təmin edib.

Qeyd edək ki, A.Dominqes Paris-2024-ə 1/8 finaldan başlayıb. Dominges bu yarışın favoritlərindən olan, Rio-2016 və Tokio-2020 Olimpiya Oyunlarının qalibi, eləcə də beşqat dünya çempionu Xulio Sesar Krusoqalib gəlib.

NE
Nihadə Eyyubova