İdman

"Qarabağ"ın "Ludoqorets"lə oyunlarını idarə edəcək hakimlər

Qarabağın Ludoqoretslə oyunlarını idarə edəcək hakimlər

"Qarabağ"ın Bolqarıstanın "Ludoqorets” komandasına qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunlarına təyinatlar açıqlanıb.

Demokrat.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Bakıdakı ilk görüşü İsveçrədən, Razqraddakı cavab qarşılaşması isə İtaliyadan olan hakimlər briqadasına həvalə edilib.

6 avqust.

20:00. "Qarabağ” – "Ludoqorets” Baş hakim: Urs Şnider Baş hakimin köməkçiləri: Marko Zürçer, Benyamin Zürçer Dördüncü hakim: Sven Volfensberger VAR hakimləri: Fedayi San, Yohannes von Mandaç Tofiq Bəhramov adına Respublika stadionu

13 avqust

22:00. "Ludoqorets” - "Qarabağ” Baş hakim: Simon Sozza Baş hakimin köməkçiləri: Giorgio Peretti, David İmperiale Dördüncü hakim: Matteo Marçetti VAR hakimləri: Gianluka Aureliano, Marko Serra "Ludoqorets Arena"

Qeyd edək ki, Azərbaycan çempionu əvvəlki raundda Cəbəllütariqin "Linkoln" komandasını, rəqib isə Belarusun "Dinamo" (Minsk) kollektivini mübarizədən kənarlaşdırıb.

NE
Nihadə Eyyubova