İdman

Paris-2024: Zelim Kotsoyev yarımfinalda — VİDEO

Paris-2024: Zelim Kotsoyev yarımfinalda — VİDEO

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

Demokrat.azxəbər verir ki, 100 kq çəki dərəcəsində yer alan dünya çempionu 1/4 final mərhələsində Peter Palçik (İsrail) ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Kotsoyev yarımfinala yüksəlib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. Daha əvvəl cüdoçumuz Hidayət Heydərov (73 kq) olimpiya çempionu olub.

NE
Nihadə Eyyubova