İdman

“Qarabağ” “Ludoqorets” görüşü bu tarixdə keçiriləcək

“Qarabağ” “Ludoqorets” görüşü bu tarixdə keçiriləcək

"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bolqarıstanın "Ludoqorets" klubu ilə oyunlarının vaxtı dəqiqləşib.

Demokrat.az “Qarabağ”ın mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 6-da Tofiq Bəhramov adına Respublika stadionundakı ilk matç saat 20:00-da start götürəcək.

Səfərdəki cavab görüşü avqustun 13-də Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan çempionu əvvəlki raundda Cəbəllütariqin "Linkoln" komandasını, rəqib isə Belarusun "Dinamo" (Minsk) kollektivini mübarizədən kənarlaşdırıb.

NE
Nihadə Eyyubova