“Real Madrid”in ulduz hücumçusu Kilian Mbappe Fransanın “Kaen” klubunun əsas səhmdarına çevrilib.
Demokrat.azxəbər verir ki, o, buraya 20 milyon avro yatırıb.
Səhmlərin bir hissəsi klubun müşahidə şurasının sədri Pyer-Antuan Kaptonda qalacaq.
Beləliklə, 25 yaşlı forvard hazırda peşəkar futbol komandasının ən gənc sahiblərindən biridir. Mbappe həmçinin "Kaen"in borclarının bir hissəsini almaq niyyətindədir.


