Bakıda "Qarabağ" və Cəbəllütariqin "Linkoln" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında hesab açılıb.
Demokrat.az xəbər verir ki, Azərbaycan çempionunun heyətində 17-ci dəqiqədə Olavio Juninyo fərqlənib.
Qeyd edək ki, səfərdəki oyunda Azərbaycan təmsilçisi qələbə qazanıb - 2:0.


