İdman

Konfrans Liqası: Azərbaycan klubları ilk matçlarına çıxır

Konfrans Liqası: Azərbaycan klubları ilk matçlarına çıxır

Bu gün "Sumqayıt”, "Zirə” və "Sabah” klubları UEFA Konfrans Liqasının II təsnifat mərhələsində ilk matçlarına çıxacaq.

Demokrat.az xəbər verir ki, Sumqayıtın eyniadlı təmsilçisi doğma meydanda "Fehervar”ı (Macarıstan) qəbul edəcək.

"Zirə” "Dalğa Arena”da Slovakiyanın "DAK 1904” klubu ilə qarşılaşacaq.

"Sabah” komandası isə səfərdə İsrail təmsilçisi "Makkabi”nin (Hayfa) qonağı olacaq. Bu görüş Macarıstanın "Varkert” stadionunda baş tutacaq.

"Sumqayıt”ın Macarıstan klubu ilə oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. "Zirə” - "DAK 1904” qarşılaşması saat 20:30-da start götürəcək. "Makkabi” (Hayfa, İsrail) - "Sabah” görüşünə isə saat 21:15-də start veriləcək.

UEFA Konfrans Liqası II təsnifat mərhələsi İlk oyun

25 iyul 20:00 Sumqayıt (Azərbaycan) - Fehervar (Macarıstan) Baş hakim:Florian Lata (Albaniya). Sumqayıt, Mehdi Hüseynzadə adına şəhər stadionu.

20:30 Zirə (Azərbaycan) - DAK 1904 (Slovakiya) Baş hakim:İvo Torres (Lüksemburq). Mərdəkan, "Dalğa Arena”.

21:15 Makkabi (Hayfa, İsrail) - Sabah (Azərbaycan) Baş hakim:Natan Verboomen (Belçika). Macarıstan, "Varkert” stadionu.

NE
Nihadə Eyyubova