18 yaşadək basketbolçu qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının C divizionunda növbəti matçına çıxacaq.
Demokrat.az xəbər verir ki, millimiz Kosovonun paytaxtı Priştinada keçirilən yarışın qrup mərhələsinin son turunda Ermənistanla görüşəcək.
İlk iki turda qələbə qazanan yığmamız artıq yarımfinala vəsiqəni təmin edib. Türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi komanda qrup mərhələsini yüz faizlik nəticə ilə bitirmək üçün autsayderi məğlub etməyə çalışacaq.
Qeyd edək ki, yarımfinal matçları iyulun 27-də keçiriləcək.
Avropa çempionatı, C divizionu B qrupu 25 iyul 16:30. Ermənistan - Azərbaycan Tetori İdman Zalı
| 1 | Azərbaycan | 2 | 2 | 0 | 146-121 | 4 |
| 2 | Gürcüstan | 2 | 1 | 1 | 145-142 | 3 |
| 3 | Albaniya | 2 | 1 | 1 | 117-122 | 3 |
| 4 | Ermənistan | 2 | 0 | 2 | 118-141 | 2 |


