İdman

Bu gün Çempionlar Liqasında hansı oyunlar var?

Bu gün Çempionlar Liqasında hansı oyunlar var?

Bu gün Çempionlar Liqasında ikinci təsnifat mərhələsinə start verilir.

Demokrat.azxəbər verir ki, bu mərhələdə 14 cütlük növbəti mərhələyə yüksəlmək uğrunda mübarizə aparacaq. İlk oyun günündə 11, sabah isə 3 matç keçiriləcək. Azərbaycan çempionu "Qarabağ"ın "Linkoln"la (Cəbəllütariq) birinci görüşü də bu günə təsadüf edir.

ÇL-in ikinci təsnifat mərhələsinin ilk oyunlarının təqvimi belədir:

23 iyul, çərşənbə axşamı

19:00. "Bude Qlimt" (Norveç) - RFS (Latviya)

19:30. "Panevejis" (Litva) - "Yaqelloniya" (Polşa)

20:00. "Linkoln" (Cəbəllütariq) - "Qarabağ" (Azərbaycan)

21:00. APOEL (Kipr) - "Petrokub" (Moldova)

21:00. "Malmö" (İsveç) - "Klaksvik" (Farer adaları)

21:30. FKSB (Rumıniya) - "Makkabi" (Tel-Əviv, İsrail)

22:00. "Ferensvaroş" (Macarıstan) - THS (Uels)

22:00. "Santa-Koloma" (Andorra) - "Mitülland" (Danimarka)

22:00. "Dinamo" (Kİyev, Ukrayna) - "Partizan" (Serbiya)

22:30. "Luqano" (İsveçrə) - "Fənərbaxça" (Türkiyə)

23:00. "Şemrok Rovers" (İrlandiya) - "Sparta" (Praqa, Çexiya)

24 iyul, çərşənbə

21:30. PAOK (Yunanıstan) - "Boraya Banya-Luka" (Bosniya və Herseqovina)

22:00. "Ludoqorets" (Bolqarıstan) - "Dinamo" (Minsk, Belarus)

22:15. "Tsele" (Sloveniya) - "Slovan" (Bratislava, Slovakiya)

NE
Nihadə Eyyubova