Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Babək Quliyev UEFA-dan növbəti təyinat alıb. Demokrat.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Paksi” (Macarıstan) - AEK (Larnaka, Kipr) görüşünün hakim-inspektoru olacaq. Qeyd edək ki, qarşılaşma iyulun 25-də Paksi şəhərinin eyniadlı stadionunda baş tutacaq.
Azərbaycanlı hakim-inspektor Konfrans Liqasının oyununa təyinat alıb
Demokrat.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!


