İdman

İngiltərə millisinin baş məşqçisi vəzifəsindən istefa verdi

İngiltərə millisinin baş məşqçisi vəzifəsindən istefa verdi

İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeyt vəzifəsindən istefa verib.

Bu barədə Demokrat.az İngiltərə Futbol Assosiasiyasının mətbuat xidmətinin xəbərinə istinadən bildirir.

Mütəxəssis 2016-cı ildən İngiltərə yığmasına rəhbərlik edir. 53 yaşlı çalışdırıcının rəhbərliyi altında komanda AVRO-2020 və AVRO-2024-də gümüş medal qazanıb. Onun milli komanda ilə müqaviləsi 2024-cü ilin dekabrına kimi nəzərdə tutulmuşdu.

"102 oyundan və demək olar ki, səkkiz illik rəhbərlikdən sonra Qaret Sautqeyt İngiltərə millisinin baş məşqçisi vəzifəsindən getdiyini açıqladı", - deyə İngiltərə Futbol Assosiasiyasından bildirilib.

Qeyd edək ki, 2024-cü il futbol üzrə Avropa çempionatının final oyununda Sautqeytin rəhbərlik etdiyi İngiltərə yığması İspaniyaya 1:2 hesabı ilə uduzub.

D
demokrat.az