Xarici siyasət

Azərbaycan və Qırğızıstan arasında imzalanmış 2 saziş təsdiqləndi

Azərbaycan və Qırğızıstan arasında imzalanmış 2 saziş təsdiqləndi

Azərbaycan və Qırğız Respublikası arasında imzalanmış sazişlər təsdiqlənib.

Demokrat.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı sənədləri imzalayıb.

Belə ki, 2024-cü il aprelin 24-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Sazişə dəyişikliklərin edilməsi haqqında Əlavə Saziş" təsdiq edilib.

Həmçinin, 2024-cü il aprelin 24-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" də təsdiqlənib.

D
demokrat.az