Almaniyada Avropa çempionatının İspaniya və İngiltərə komandaları arasında keçirilən final matçı başa çatıb.
Demokrat.az xəbər verir ki, final qarşılaşması İspaniya millisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
İspaniyanın heyətində İnaki Vilyams və Miker Oyarzabal fərqləniblər. İngiltərə seçməsinin yeganə qolunu isə Kold Palmer vurub.
Bununla da ispanlar tarixdə dördüncü dəfə Avropa çempionu olublar.
*** 00:51
Almaniyada Avropa çempionatının İspaniya və İngiltərə komandaları arasında keçirilən final matçında növbəti qol vurulub.
Demokrat.az xəbər verir ki, Mikel Oyarzabal 86-cı dəqiqədə İspaniya komandasını hesabda önə çıxarıb - 2:1.
*** 00:36
Almaniyada keçirilən Avropa çempionatının finalında üz-üzə gələn İspaniya və İngiltərə yığmaları arasındakı oyunda hesab bərabərləşib.
Demokrat.az xəbər verir ki, ingilislərin üzvü Koul Palmer 73-cü dəqiqədə bərabərlik qolunu vurub.
*** 00:22
Almaniyada təşkil olunan Avropa çempionatının İspaniya və İngiltərə komandaları arasında keçirilən final matçında hesab açılıb.
Demokrat.az xəbər verir ki, İspaniya milisinin üzvü Niko Uilyams 47-ci dəqiqədə fərqlənib - 1:0.


