İdman

AVRO-2024: İngiltərə son dəqiqə qolu ilə finalda! — YENİLƏNİB

AVRO-2024: İngiltərə son dəqiqə qolu ilə finalda! — YENİLƏNİB

Almaniyada keçirilən Avropa çempionatında Niderland və İngiltərə yığmaları arasında keçirilən yarımfinal görüşü başa çatıb.

Demokrat.azxəbər verir ki, Dortmunddakı “Siqnal İduna Park"da İngiltərə millisi qələbə qazanıb - 2:1.

Qeyd edək ki, finala yüksələn Qaret Sautqeytin rəhbərlik etdiyi yığma həlledici mərhələdə İspaniya seçməsinə rəqib olub. Final qarşılaşması iyulun 14-ü, saat 23:00-da keçiriləcək.

*** 00:53

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Niderland və İngiltərə yığmaları arasında keçirilən yarımfinal görüşündə üçüncü qol vurulub.

Demokrat.azxəbər verir ki, Dortmunddakı “Siqnal İduna Park"da İngiltərə millisi hesabda önə keçib - 2:1.

90+1-ci dəqiqədə Olli Uotkins adını tabloya yazdırıb.

*** 23:25

Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatının yarımfinal mərhələsində üz-üzə gələn Niderland və İngiltərə yığmaları arasındakı oyunda ikinci qol vurulub.

Demokrat.az xəbər verir ki, İngiltərə millisinin üzvü Harri Keyn 18-ci dəqiqədə penaltidən hesabı bərabərləşdirib. Görüşü almaniyalı Feliks Şvayer idarə edir.

*** 23:14

Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatının yarımfinal mərhələsində üz-üzə gələn Niderland və İngiltərə yığmaları arasındakı oyunda hesab açılıb.

Demokrat.az xəbər verir ki, qarşılaşmanın 7-ci dəqiqəsində niderlandlıların heyətində Xavi Simons fərqlənib. Görüşü almaniyalı Feliks Şvayer idarə edir.

*** 23:01

Almaniyanın ev sahibliyi etdiyi XVII Avropa çempionatının yarımfinal mərhələsində üz-üzə gələn Niderland və İngiltərə yığmaları arasındakı oyun başlayıb.

Demokrat.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Görüşü almaniyalı Feliks Şvayer idarə edir.

D
demokrat.az