İdman Özəl

Dünya ulduzu "Beşiktaş"a gəlir

Dünya ulduzu Beşiktaşa gəlir

"Beşiktaş" Çiro İmmobile və klubu "Latsio" ilə razılığa gəlib.

Demokrat.az xəbər verir ki, 34 yaşlı italyan mərkəz hücumçusu yaxın günlərdə İstanbula gələcək və ağ-qaralar ilə 2 illik müqavilə imzalayacaq.

Ötən mövsüm "Latsio"nun heyətində 43 matçda iştirak edən Çiro İmmobile bu matçlarda 11 qol vurub və 1 məhsuldar ötürmə edib. Klubu ilə 2026-cı ilə qədər müqaviləsi olan təcrübəli hücumçunun hazırkı bazar dəyəri 4 milyon avro olaraq göstərilir.

Əfsanə Rəcəb Demokrat.az

NE
Nihadə Eyyubova