İdman

"Qarabağ"ın oyunlarının keçiriləcəyi yer dəqiqləşdi

Qarabağın oyunlarının keçiriləcəyi yer dəqiqləşdi

"Qarabağ"ın Avstriyada keçirəcəyi ilk yoxlama oyunlarının yeri dəqiqləşib.

Demokrat.azxəbər verir ki, bunu Ağdam klubunun mətbuat xidməti açıqlayıb.

Qurban Qurbanovun yetirmələri iyulun 9-da iki matça çıxacaqlar. Sabah baş tutacaq ilk görüş "Velly Arena Imst"də baş tutacaq. "Kayzerslautern"lə qarşılaşma Bakı vaxtı ilə 14:30-da başlayacaq.

Plzen "Viktoriya"sı ilə oyun 20:00-da keçiriləcək. Matç "Vestendorf"da təşkil olunacaq.

Qeyd edək ki, "Qarabağ"ın Avstriya toplanışı iyulun 5-dən 17-dək davam edəcək.

Qarabağın oyunlarının keçiriləcəyi yer dəqiqləşdi

D
demokrat.az