İdman

AVRO-2024: İspaniya - Almaniya matçında hesab açılıb

AVRO-2024: İspaniya - Almaniya matçında hesab açılıb

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İspaniya və Almaniya yığmaları arasında keçirilən 1/4 final görüşündə hesab açılıb.

Ştutqartdakı "MHP Arena" stadionunda keçirilən qarşılaşmada meydan sahibləri qapılarında qol görüblər.

52-ci dəqiqədə Dani Olmo fərqlənib.

***20:00

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İspaniya və Almaniya yığmaları arasında 1/4 final görüşü başlayıb.

Qarşılaşma Ştutqartdakı "MHP Arena" stadionunda keçirilir.

Qeyd edək ki, görüşü ingiltərəli baş hakim Entoni Teylor idarə edir.

NE
Nihadə Eyyubova