Medallar haqqında danışmaq istəmirəm. Bütün federasiyalar, məşqçilər, idmançılar - hamımız ölkəmiz, vətənimiz üçün yaxşı nəticələr əldə etməyə çalışırıq. Demokrat.az Report-a istinadən xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunları ilə bağlı danışarkən deyib. Nazir Azərbaycan komandasının bayraqdarının hələlik bəlli olmadığını vurğulayıb: "Bir neçə gün sonra müəyyənləşəcək". Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək gerçəkləşəcək.
Olimpiadada yaxşı nəticələr əldə etmək üçün çalışırıq — Fərid Qayıbov
Demokrat.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!


