Sosial

Onlar deputat olmaq istəyir?

Onlar deputat olmaq istəyir?

Sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək. Bəs, baş redaktorlardan kimlər qarşıdakı seçkilərə namizəd kimi qatılacaq?

Bakupost.az -ın əməkdaşı bu sualla qəzet və sayt baş redaktorları arasında sorğu keçirib.

Mətbuat Şurasının sədriRəşad Məcidhələlik bu barədə fikirləşmədiyini bildirib: “Hələ ki seçkilərdə iştirakla bağlı qərarım yoxdur”.

Onlar deputat olmaq istəyir?

Sabiq deputat, “Xalq qəzeti”nin baş redaktoruƏflatun Amaşovseçkilərdə iştirak etməyəcəyini bildirib: “Başım o qədər qarışıqdı, seçkiyə qatılmaq heç yadıma da düşmür”.

Onlar deputat olmaq istəyir?

“İki sahil” qəzetinin baş redaktoruVüqar Rəhimzadəbu suala münasibət bildirmək istəmədiyini deyib.

Onlar deputat olmaq istəyir?

“Bakı Xəbər” qəzetinin baş redaktoruAydın Quliyevdə parlament seçkilərində iştirak etməyəcəyini deyib:“Hələlik belə bir fikrim yoxdur”.

Onlar deputat olmaq istəyir?

Azərbaycan Jurnalistlər Birliyinin sədriElçin Şıxlıda seçkilərdə iştirak etməyəcəyini deyib.

Onlar deputat olmaq istəyir?

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoruElçin Mirzəbəylidə suala cavab verməkdən imtina edib: “Seçki ilə bağlı heç bir açıqlama vermək istəmirəm”.

Onlar deputat olmaq istəyir?

NE
Nihadə Eyyubova