İdman

AVRO-2024: Türkiyə 1/8 finalına çıxdı

AVRO-2024: Türkiyə 1/8 finalına çıxdı

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunda Çexiya və Türkiyə milli komandaları arasındakı oyun başa çatıb.

Demokrat.az xəbər verir ki, F qrupu çərçivəsindəki görüş 1:2 hesabı ilə türkiyəlilərin xeyrinə nəticələnib.

Bununla da, ay-ulduzlu komanda xalını 6-a çatdıraraq qrup ikincisi kimi növbəti mərhələyə adlayıb.

Çexlər isə cəmi 1 xalla turnirlə vidalaşıblar.

D
demokrat.az