İdman

Türkiyə - Portuqaliya matçının ən yaxşı futbolçusu o seçildi

Türkiyə - Portuqaliya matçının ən yaxşı futbolçusu o seçildi

Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin II turunda baş tutan Türkiyə - Portuqaliya matçının ən yaxşı futbolçusu müəyyənləşib.

Demokrat.azUEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, portuqaliyalı yarımmüdafəçi Bernardu Silva qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.

O, görüşdə bir qolla yadda qalıb.

Qeyd edək ki, portuqaliyalılar 3:0 hesablı qələbəyə seviniblər.

NE
Nihadə Eyyubova