İdman

AVRO-2024: İspaniya İtaliyaya qalib gəldi

AVRO-2024: İspaniya İtaliyaya qalib gəldi

"Avro-2024"də qrup mərhələsinin 2-ci turu davam edir.

Demokrat.azxəbər verir ki, ötən gün çempionatda 3 oyun keçirilib.

Əvvəlcə C qrupunda Sloveniya Serbiya ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb.

Eyni qrupda Danimarka İngiltərə ilə qarşılaşıb. Bu görüş də 1:1 hesabı ilə başa çatıb.

Günün maraqla gözlənilən matçı B qrupunda keçirilib. Burada İspaniya millisi son Avropa çempionu İtaliya ilə üz-üzə gəlib. Matç ispanların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da İspaniya millisi xallarının sayını 6-ya çatdırmaqla 1/8 finala vəsiqəni təmin ediblər.

C qrupu Sloveniya - Serbiya - 1:1 Danimarka - İngiltərə - 1:1

N Komandalar O Q H M T-F X
1 İngiltərə 2 1 1 0 2:1 4
2 Danimarka 2 0 2 0 2:2 2
3 Sloveniya 2 0 2 0 2:2 2
4 Serbiya 2 0 1 1 1:2 1
B qrupu İspaniya - İtaliya - 1:0
N Komandalar O Q H M T-F X
1 İspaniya 2 2 0 0 4-0 6
2 İtaliya 2 1 0 1 2-2 3
3 Albaniya 2 0 1 1 3-4 1
4 Xorvatiya 2 0 1 1 2-5 1

D
demokrat.az