İdman

AVRO-2024: Almaniya turnirdə ikinci qələbəsini qazandı — YENİLƏNİB

AVRO-2024: Almaniya turnirdə ikinci qələbəsini qazandı — YENİLƏNİB

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Almaniya - Macarıstan matçı başa çatıb.

Demokrat.az xəbər verir ki, qarşılaşma Bundestimin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Almanların heytində hesabı 23-cü dəqiqədə Camal Musiala açıb. 67-ci dəqiqədə isə İlkay Gündoğan matçın yekun hesabını müəyyənləşdirib.

Qeyd edək ki, A qrupunun ilk görüşündə ALmaniya Şotlandiya yığmasına da qalib gəlmişdi - 5:1.

*** 21:20

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunun görüşləri çərçivəsində Almaniya və Macarıstan yığmaları üz-üzə gəlir.

Demokrat.azxəbər verir ki, A qrupunun matçı Ştutqart şəhərində start götürüb.

Qarşılaşmanı niderlandlı baş hakim Denni Makkeli idarə edir. Matçda "Bundestim" hesabı açıb.

23-cü dəqiqədə Camal Musiala adını tabloya yazdırıb.

*** 20:00

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunun görüşləri çərçivəsində Almaniya və Macarıstan yığmaları üz-üzə gəlirlər.

Demokrat.az xəbər verir ki, A qrupunun matçı Ştutqart şəhərində start götürüb.

Qarşılaşmanı niderlandlı baş hakim Denni Makkeli idarə edir.

D
demokrat.az