Gündəm

Paşinyan Qazaxda çəkilmiş sərhəd hasarının fotolarını göstərdi —"Burda da belə olacaq"

Paşinyan Qazaxda çəkilmiş sərhəd hasarının fotolarını göstərdi —Burda da belə olacaq

Ermənistanın Baş naziri Paşinyan Zəngəzura səfər edib və yerli sakinlərlə görüşüb.

Azpost.infobildirir ki, Paşinyan Azərbaycanın və Ermənistan arasında delimitasiya olunmuş sərhədin fotolarını yeri sakinlərə göstərib.

Bu fotolarda Qazax rayonunun Yuxarı Əskipara ilə Voskepar arasında çəkilmiş sərhəd məftilləri əks edilib.

Paşinyan Nerkin And və Çakaten kənd icmaları ilə görüşdə sərhədlərin delimitasiyası məsələsinə toxunub və bildirib ki, sərhəd delimitasiyası Nerkin Anda da aparılmalıdır. O, sakinlərə delimitasiyadan sonra Voskeparda quraşdırılan sərhəd məftillərinin fotolarını göstərib.

“İndi biz Voskeparda sərhədi delimitasiya etdikdən sonra vəziyyət belədir: hasar çəkilib, təhlükəsizlik təmin olunub, oradan nə inək, nə də adam keçməyəcək. Burada da eyni şeyi etməliyik. Çünki həll yolu budur”, – deyə o, sakinlərlə söhbətində bildirib.

Qeyd edək ki, kənd üç tərəfdən azərbaycanlıların əhatəsində olsa da, sakinlərdən heç kim təhlükəsizlik problemindən şikayət etməyib.

Paşinyan Qazaxda çəkilmiş sərhəd hasarının fotolarını göstərdi —Burda da belə olacaq
Paşinyan Qazaxda çəkilmiş sərhəd hasarının fotolarını göstərdi —Burda da belə olacaq

NE
Nihadə Eyyubova