İdman Özəl

"Barselona"nın yeni baş məşqçisi bəlli oldu

Barselonanın yeni baş məşqçisi bəlli oldu

İspaniya Liqa komandası "Barselona" baş məşqçi postuna Joan Penarroyanı təyin edib.

Demokrat.az xəbər verir ki, bu barədə klubdan açıqlama verilib. . Açıqlamada 55 yaşlı ispan məşqçi ilə 2025-2026 mövsümünün sonuna qədər müqavilə imzalandığı bildirilib.

Avroliqada müntəzəm mövsümü dördüncü pillədə başa vuran “Barselona” pley-offda Yunanıstan təmsilçisi “Olimpiakos”a qalib gəlib.

İspaniya Liqasının pley-off yarımfinalında "Real Madrid"ə məğlub olan "Barselona" baş məşqçi Rocer Qrimau ilə yollarını ayırıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova