Dünya Özəl

Rusiyada tikintidə qəza: 3 nəfər öldü

Rusiyada tikintidə qəza: 3 nəfər öldü

Rusiyanın Ufa şəhərində tikinti sahəsində bərkidilmiş dayaqlar uçub, dağıntı baş verib.

Demokrat.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Bildirilib ki, qəza nəticəsində 3 fəhlə həyatını itirib, 1 işçi isə ağır yaralanıb.

Qəza anı ərazidəki təhlükəsizlik kameraları tərəfindən lentə alınıb.

Hadisə ilə bağlı araşdırmalara başlanıldığı və qəzada səhlənkarlığın olub-olmamasının araşdırılacağı bildirilib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova