"Çelsi" ingilis müdafiəçi Tosin Adarabioyonu heyətinə qatıb.
Demokrat.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Bildirilib ki, İngiltərə Premyer Liqa komandalarından olan "Çelsi" "Fulhem"lə müqaviləsi başa çatan ingilis müdafiəçi Tosin Adarabioyo ilə 4 illik müqavilə imzalayıb.
Futbolçu, 21 fevral 2016-cı ildə "Mançester Siti"də peşəkar karyerasının ilk matçını "Stemford Bric"də "Çelsi"yə qarşı keçirib.
Tosin Adarabioyo, ötən mövsüm "Fulhem"də 25 matçda forma geyinib və 2 qol vurub.
Aysu Demokrat.az


