İdman

Millimiz Albaniyaya qarşı

Millimiz Albaniyaya qarşı

Futbol üzrə Azərbaycan millisi bu gün növbəti oyununa çıxacaq.

Demokrat.az xəbər verir ki, müvəqqəti olaraq Arif Əsədovun rəhbərlik etdiyi yığmamız Albaniya milli komandası ilə üz-üzə gələcək.

Sözügedən komandaların yoldaşlıq oyunu Macarıstanın Sombatxey şəhərində təşkil olunacaq. Qarşılaşmaya Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Qeyd edək ki, millimiz eyni məkanda iyunun 11-də Qazaxıstan yığmasıyla da yoxlama oyunu keçirəcək.

Yoldaşlıq oyunu 7 iyun 21:00. Albaniya – Azərbaycan Sombatxey, “Haladas SportKomplexum”.

D
demokrat.az