Kişilər arasında dünya reytinqində 1 nömrə olan serbiyalı tennisçi Novak Cokoviç meniskindən əməliyyat olunub.
Demokrat.az xəbər verir ki, idmançı bu barədə sosial media hesabında açıqlama yayıb.
Cokoviç açıqlamasında bu sözləri qeyd edib:
“Bu yaxınlarda son matçımda menisk yırtığından sonra çətin bir qərar verməli oldum.
Hələ də ağrılarla mübarizə aparıram, amma əməliyyatın yaxşı keçdiyini sizə xəbər vermək istədim.
Yanımda olan həkimlər komandasına minnətdaram. Pərəstişkarlarımdan aldığım böyük dəstəyə görə çox xoşbəxtəm. Ən qısa zamanda oyunlara qayıtmaq üçün əlimdən gələni edəcəyəm”.
Aysu Demokrat.az


