İdman

Azərbaycan Kubokunun qalibi bu gün bəlli olacaq

Azərbaycan Kubokunun qalibi bu gün bəlli olacaq

Bu gün futbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq.

"Report"un məlumatına görə, finalda "Qarabağ" və "Zirə" komandaları üz-üzə gələcəklər.

"Liv Bona Dea Arena"dakı qarşılaşma saat 20:00-da start götürəcək.

Qeyd edək ki, "Qarabağ" 83 xalla Azərbaycan Premyer Liqasının qalibi olub. 58 xal toplayan "Zirə" mövsümü ikinci sırada bitirib.

D
demokrat.az