Kriminal

Küçədə xanımların şəkillərini çəkib “TikTok”da paylaşan şəxs həbs olundu

Küçədə xanımların şəkillərini çəkib “TikTok”da paylaşan şəxs həbs olundu

Bakı şəhərində ictimai yerlərdə xanımların fotoşəkillərini çəkib sosial şəbəkələrdə yayan şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, 1995-ci il təvəllüdlü Yusifli Nurlan Teyyub oğlu “TikTok” sosial media platformasında hesabların birində ayrı-ayrı qadınların foto-videolarını yerləşdirməklə kütləvi yayımını təşkil edib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə tutulan N.Yusifli 30 sutka inzibati qaydada həbs edilib.

Küçədə xanımların şəkillərini çəkib “TikTok”da paylaşan şəxs həbs olundu

NE
Nihadə Eyyubova